ftb

“Shiny Hunters” haker qrupu ABŞ Federal Təhqiqat Bürosu (FTB) ilə əlaqəli bir neçə xidmətə kiberhücum etdiyini iddia edib.

Globalinfo.az xəbər verir ki, qrupun nümayəndəsi “404 Media”ya açıqlamasında hücum nəticəsində FTB əməkdaşları və işə müraciət edən şəxslərlə bağlı məlumatlara çıxış əldə etdiklərini bildirib.

“Biz FTB-ni sındırdıq. Bütün FTB əməkdaşları və işə namizədlər haqqında məlumatlara çıxışımız var”, – deyə qrupun nümayəndəsi qeyd edib.

Hazırda haker qrupunun iddialarının müstəqil şəkildə təsdiqlənib-təsdiqlənmədiyi barədə məlumat yoxdur.

Tahir Turan
Globalinfo.az

Paylaş: