“Firebird” startap şirkəti Ermənistanda böyük süni intellekt məlumat mərkəzinin tikintisinə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Belə ki, yeni məlumat mərkəzinin gələn il fəaliyyətə başlaması planlaşdırılır.
Layihənin ümumi gücünün 300 meqavat olacağı və obyektin 70 mindən çox müasir süni intellekt çipi ilə təchiz ediləcəyi bildirilir.
Məlumata əsasən, layihə Ermənistanda süni intellekt və yüksək hesablama texnologiyaları sahəsində iri infrastrukturun formalaşdırılmasına yönəlib.
Mərkəzin istifadəyə verilməsindən sonra böyük həcmli süni intellekt sistemlərinin işlədilməsi və məlumatların emalı üçün imkanların yaradılması nəzərdə tutulur.
Tahir Turan
Globalinfo.az