Erdogan

Türkiyə Rusiya-Ukrayna müharibəsinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunması şərtilə başa çatacağına ümid edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Ankara müharibənin sona çatdırılması və sülhün təmin olunması istiqamətində diplomatik səylərin davam etdirilməsini vacib sayır.

Türkiyə prezidenti daha əvvəl də Ankara­nın Rusiya ilə Ukrayna arasında danışıqların bərpasına və münaqişənin diplomatik yollarla həllinə hazır olduğunu bəyan edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: