Rus generaldan Qarabağdakı sülhməramlılar haqda ETİRAF

9763a7455e7034d1d36f9c0a3aa86ec6

“Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi düzgün qərardır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev deyib.

O hesab edir ki, Rusiya sülhməramlılarının Qarabağda olması artıq lüzumsuzlaşıb.

“Ermənistan Qarabağı tərk etdi. Belə bir vəziyyətdə Rusiya qüvvələrinin oradakı mövcudluğu yersiz oldu. Rusiya sülhməramlılarının ölkəni tərk etməsinə gəlincə, bu, düzgün qərardır. Əgər Ermənistan bunu istəmirsə, biz özümüzü məcbur etməyəcəyik”, – deyə Sobolev vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az