FotoJet 2024 02 19T195151.305

2023-cü ildə Rusiya hərbi helikopterini qaçıran Maksim Kuzminov İspaniyada ölü tapılıb.

Globalinfo.az xəbər verir ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumatın təsdiqləndiyi barədə məlumat yayıb.

M.Kuzminovun hansı şəraitdə öldüyü barədə məlumat verilməyib.

Daha öncə Villajoyosa bələdiyyəsində iki naməlum şəxsin Kuzminovu güllələdiyi barədə məlumat yayılıb.

Hazırda araşdırma aparılır. Hüquq-mühafizə orqanları qətlin səbəbinin hesablaşma olduğunu təxmin edirlər.

Qeyd edək ki, rusiyalı pilot ötən ilin yayında Kurskdan Mi-8 helikopterini qaçıraraq göyərtəsində daha iki ekipaj üzvü olmaqla Ukraynaya keçirib.

Paylaş: