Rusiyadan müharibənin bitmə tarixi barədə açıqlama

Ukraynadakı müharibə uzunmüddətlidir və onun bitəcəyi tarix haqqında danışmağın mənası yoxdur.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Bu gün situasiya belədir ki, Ukrayna konfliktinin bitməsi ilə bağlı istənilən proqnoz əsassız olacaq. Hərbi qarşıdurma uzunmüddətli xarakter daşıyır”, – o bildirib.

Gülnar Səlimova
Globalinfo.az