Rusiyadan ABŞ vətəndaşlarına qadağa – Prezidentin yaxınlarının da adı siyahıya düşdü

Rusiya ABŞ vətəndaşlarına giriş qadağası tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda Bayden administrasiyasının sanksiyalarına cavab olaraq ABŞ-nin 200 vətəndaşının Rusiyaya girişinə qadağa qoyulduğu bildirilib:

“Bayden administrasiyası tərəfindən Rusiya rəsmilərinə, ictimaiyyət nümayəndələrinə, mədəniyyət xadimlərinə deyil, həm də  Vaşinqtonun xoşuna gelməyən şəxslərə qarşı tətbiq etdiyi getdikcə artan yeni şəxsi sanksiyalara cavab olaraq ABŞ vətəndaşlarına daimi giriş qadağası tətbiq edilir”.

Məlumata görə, siyahıda ABŞ-nin indiki prezidentinin yaxınlarının da adı qeyd edilib.