63784a1fbf2c463784a1fbf2c5166882767963784a1fbf2bf63784a1fbf2c1

 

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 9-a çatıb.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru Valeri Limarenko bildirib. O ölənlərdən 3-nün uşaq olduğunu deyib.O ölənlər arasında 4 uşağın olduğunu deyib.

Ərazidə axtarış tədbirləri davam etdirilir.

Saat 09:58

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 7-yə çatıb.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru Valeri Limarenko bildirib. O ölənlərdən 3-nün uşaq olduğunu deyib.

Hazırda ərazidə itkin düşmüş sayılan daha 3 nəfərin axtarışları davam etdirilir.

Saat 09:20

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 4-ə çatıb.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə vilayətin xilasetmə xidmətindən məlumat verilib.

Saat 08:30

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı artıb.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə qubernator Valeri Limarenko bildirib.

Partlayış nəticəsində ölənlərin sayı 3-ə yüksəlib.

***

Saat 07:53

Rusiyada beşmərtəbəli yaşayış binasında baş verən partlayışda 9 nəfər xəsarət alıb, bir nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə mənzillərdən birində qaz balonunun partlaması nəticəsində baş verib.

***

Saat 07:15

Rusiyanın Saxalin adasının Tımovskoye kəndində beşmərtəbəli yaşayış binasında partlayış olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilir.

Dağıntılar altında 6 nəfərin qaldığı ehtimal olunur.

Hazırda hadisə yerinə xilasedicilər insanların axtarışına başlayıblar.

63785b837b4e463785b837b4e5166883213163785b837b4e063785b837b4e2

Paylaş: