Rusiya Federasiyasının Krasnodar vilayətində Şimal Hərbi Dairəsinin iki veteranını (keçmiş “vaqnerçi”lər) döyərək öldürən dörd nəfər saxlanılıb.
***10:44
Rusiyanın Tuapse bölgəsində ermənilər özbaşınalıq ediblər.
Globalinfo.az xəbər verir ki, hadisə avqustun 5-i gecə saat üç radələrində qeydə alınıb.
Belə ki, həmin tarixdə ermənilər Rusiya vətəndaşlarına hücum ediblər. Keçmiş “vaqnerçi”lər olan üç nəfəri ölümcül döyüblər. Onlardan 21 yaşlı gənc qaçmağı bacarıb, daha sonra xəstəxanaya yerləşdirilib, digər iki nəfər – 41 və 38 yaşlı şəxslər hadisə yerində ölüblər.
Faktla bağlı 4 nəfər: Karen Ustyan, Vartan Tulumcyan, Albert Ekzaryan və Artyom Turkmenyan axtarışa verilib.
Onların fotolarını təqdim edirik:

Ayşən Mustafa
Globalinfo.az