Rusiyada seçki məntəqəsində partlayış: Yaralı var

Rusiyanın Perm bölgəsində seçki məntəqəsində partlayışın 64 yaşlı Yelena S. tərəfindən törədildiyi məlum olub.

Globalinfo.az “Baza” “Telegram” kanalına istinadən xəbər verir ki, Permdə seçki məntəqəsinə gələn qadın partlayışdan əvvəl telefonla kiminləsə danışıb.

Qadının dələduzlarla əlaqə saxladığı ehtimal olunur. Yelena seçki məntəqəsinə paketlə daxil olub. Mühafizəçi onun çantasını yoxlasa da, qadağan edilmiş nəsə aşkarlamayıblar. Daha sonra məntəqənin tualetində partlayışın baş verdiyi, nəticədə qadının yaralandığı bildirilir.

Qadının fişəngi seçki məntəqəsinə necə keçirdiyi hələ araşdırılır.