FotoJet 2023 12 26T133920.045

Rusiyada prezident seçkisinə qatılmaq istəyənlərin sayı açıqlanıb.

Globalinfo.az Oxu.az-a istinadən Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Nikolay Bulayev 2024-cü ildə keçiriləcək prezident seçkisində iştirak etmək niyyətində olan namizədlərin sayı barədə açıqlama verib. Onun sözlərinə görə, ümumilikdə 33 namizəd niyyətini bəyan edib.

Xatırladaq ki, Rusiyada prezident seçkisi 2024-cü il martın 15-dən 17-dək üç gün ərzində keçiriləcək.

Qeyd edək ki, daha əvvəl Rusiya Mərkəzi Seçki Komissiyası ölkədə prezident seçkisi ilə bağlı 16 namizədin ərizəsinin daxil olduğunu bildirib.

Paylaş: