RKLlRh8s5IhBWFMe8QqxR5vBaf43DMTDLCC4sZHY 1200

Rusiyada iki məktəbli hərbi “Mi-8” helikopterini yandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, Omskda sentyabrın 21-i axşam saatlarında aviabazanın ərazisinə daxil olan iki məktəbli  Mi-8 helikopterinə “Molotov kokteyli” ataraq hadisə yerindən qaçıblar.

Məlumatda qeyd edilib ki, 16 yaşlı Roman və Anton adlı yeniyetmələrə Teleqram tətbiqi vasitəsilə vertolyotu yandırmaq tapşırılıb. Bunun müqabilində isə onlara 20 milyon rubl (367.7 min manat) vəd edilib.

Qeyd edək ki, sentyabrın 11-də də iki məktəbli Yamalo-Nenets Muxtar Dairəsinin Noyabrsk aerodromuna daxil olaraq “UTair” şirkətinə məxsus Mi-8 helikopterini yandırmışdılar.

IMG 20240924 010131 299

Paylaş: