Rusiya XİN-dən Paşinyanın bəyanatına reaksiya

Rusiya qoşunlarının mövcudluğu Ermənistanın təhlükəsizliyinə təhdid yaradır bəyanatı absurddur.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Nikol Paşinyanın mətbuat konfransında verdiyi bəyanata münasibət bildirərkən deyib.

“Onilliklərdir ki, bizim hərbçilərimiz, sərhədçilərimiz Ermənistanın təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, onun sərhədlərini qoruyur. Bu obyektiv reallığı inkar etmək mümkün deyil”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.