689fb6b27ae62689fb6b27ae631755297458689fb6b27ae60689fb6b27ae61

ABŞ prezidenti Donald Trampla görüşdən sonra Rusiya prezidenti Vladimir Putin keçirdikləri mətbuat konfransında çıxış edib.

Globalinfo.az xəbər verir ki, ilk olaraq Putin, Trampla çox yaxşı birbaşa əlaqələr qurduğunu bildirib.

Putin həmçinin əmin olduğunu bildirib ki, Tramp ABŞ prezidenti olsaydı, Ukraynada müharibə olmayacaqdı.

O Ukraynanın təhlükəsizliyi üzərində işləməyə hazır olduğunu, nə qədər qəribə səslənsə də Ukrayna xalqını qardaş hesab etdiyini və baş verənlərin faciə və böyük ağrılı hadisə hesab etdiyini deyib.

Paylaş: