Rusiya, Türkiyə və İran nümayəndələri Suriyanı müzakirə edəcəklər

Noyabrın 22-də Suriya üzrə Astana formatında danışıqlar prosesinin təminatçısı olan Rusiya, Türkiyə və İranın nümayəndələri Qazaxıstanın paytaxtında görüşəcəklər.

Bu barədə Globalinfo.az “İnterfax Qazaxıstan”a istinadən xəbər verir.

Görüş mediaya qapalı şəraitdə keçiriləcək.

Gülnar Səlimova
Globalinfo.az