“Rusiya ordusu və hərbi büdcəsi məhdudlaşdırılmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
O bildirib ki, Ukrayna münaqişəsinin sülh yolu ilə həlli çərçivəsində Rusiya ordusunun və hərbi büdcəsinin məhdudlaşdırılması vacibdir.
“Əgər bu müharibənin davam etməsinin qarşısını almaq istəyiriksə, Rusiya ordusunu və hərbi büdcəsini məhdudlaşdırmalıyıq. İstənilən sülh sazişi Rusiyanın konkret güzəştləri ilə müşayiət olunmalıdır” – deyə Kallas vurğulayıb.
Əliyar Xəlil