1726825262 1688641299 zaxarova 2

Rusiya məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən Azərbaycan, Belçika və İsveçdən olan muzdlular barədə hökm çıxarıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.

O, hər üç şəxsin azadlıqdan məhrum edildiyini açıqlayıb:

“Həsən Anar oğlu Məmmədov, Maksim Rocer Henri Barat və Tobias Enqvist müharibə və digər cinayətlər törətməkdə ittiham edilərək 14 il müddətinə həbs olunublar. Adı çəkilənlərin hər biri  beynəlxalq axtarışa verilmişdi”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: