1726825262 1688641299 zaxarova 2

“ABŞ Moskvanı danışıqlar masasına oturtmağa yox, demokratların səhvlərini düzəltməyə çalışmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, məhz Vaşinqton Zelenskinin Rusiya ilə danışıqlarda iştirakını qadağan edib.

“Biz özümüz danışıqlar masasına oturmuşuq. Yalnız Vaşinqton Rusiya ilə danışıqlarda iştirakı qadağan edib. Buna görə də Rusiyanı masaya oturtmağa ehtiyac yoxdur”, – deyə  Zaxarova vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az 

Paylaş: