28529885 0 0 1600 901 1400x0 80 0 0 f37edb90068efa8697695260bcec9148 1770094275619

“Rusiyanın TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinə qoşulmasını absurd hesab edirəm. Çünki bu layihə Amerika-erməni işidir,  əgər proses çərçivəsində hansısa yolun açılmasından söhbət gedərsə, o zaman ayrıca təşəbbüs ola bilər”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Simonyan Rusiyaya səfəri çərçivəsində bu ölkənin TRIPP-ə qoşulması ehtimalının müzakirə olunub-olunmayacağı ilə bağlı sualı cavablandırıb.

“Bu, layihənin tezliklə həyata keçirilməsini əngəlləmək üçün mümkün olan hər şeyi etmək demək olardı”.

Qeyd edək ki, Alen Simonyan 5-6 fevral tarixlərində Moskvaya səfər edəcək.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: