fridrix merz

Almaniya kansleri Fridrix Merz Berlində Yəhudilərin Mərkəzi Şurasının təşkil etdiyi tədbirdə çıxış edərək yəhudi icmasının Almaniya üçün əhəmiyyətini xüsusi vurğulayıb.

Globalinfo.az xəbər verir ki, Merz yahudilərin həyatına və mədəniyyətinə diqqət çəkib.

“Yəhudi həyatı və yəhudi mədəniyyəti Federativ Respublikasının ayrılmaz hissəsidir. Əgər ölkəmizdə yəhudi icması mövcud olmasaydı, Almaniya həmişəlik məhv olardı”, – deyə Merz bildirib.

Almaniya kansleri həmçinin qeyd edib ki, İsrail hökumətinin siyasətini tənqid etmək demokratik hüquqdur, lakin bu, heç bir halda antisemitizmə bəraət qazandırmamalıdır.

Merz əlavə edib ki, özü də İsrailin bəzi addımlarını tənqid etsə də, Almaniyanın İsrail dövlətinin təhlükəsizliyi və mövcudluğuna sadiqliyi dəyişməz və fundamental bir dəyər olaraq qalır.

Tahir Turan
Globalinfo.az

Paylaş: