Rusiya Çinin köməyi ilə Krıma sualtı tunel inşa edir? – AÇIQLAMA

“Çinin Rusiyaya hərbi və texniki dəstəyi durmadan davam edir. Çin administrasiyası Rusiyaya kömək məqsədilə işğal olunmuş Krımla Rusiya arasında Kerç körpüsünün altında sualtı tunel tikməyi planlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti xəbər yayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbər münasibət bildirib. 

Kreml rəsmisi bu məlumatı təkzib edib və cəfəngiyat adlandırıb.

O, nəşrin Moskva və Pekinin Kerç boğazı altında Ukrayna hücumlarından qorunacaq tunel tikmək planlarını müzakirə etdiyi iddiasını dərc etməsini absurd hesab edib:

“Xeyr, bunu şərh etməyə belə dəyməz. Cəfəngiyatdır”.

Krımın “rəhbəri” Sergey Aksenov da xarici KİV-də Çin tərəfinin iştirakı ilə Kerç boğazının altında tunel tikintisinə hazırlıq barədə iddia edilən xəbərlərləri dezinformasiya adlandırıb.

“Bu yalandır, belə planlar yoxdur. Amerika nəşrinin müəlliflərinin və istinad etdikləri mənbələrin ağlında nə olduğunu və niyə belə dezinformasiyaya yol verdiklərini bilmirəm”, – deyə S.Aksenov deyib.

Globalinfo.az