Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiya ordusunun 69-cu motoatıcı diviziyasının 83-cü motoatıcı alayının komandirini öldürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Xortitsa” əməliyyat-strateji qüvvələr qrupunun məlumatında bildirilib.
Qeyd olunub ki, öldürülən komandir, polkovnik Lebedev Xarkov vilayətində Velikoburluk istiqamətində hücum əməliyyatlarına rəhbərlik edib.
Onun hansı şəraitdə öldürüldüyü barədə məlumat verilməyib.