İrəvanda xaos: rus səfirliyinə giriş bağlandı

İrəvanın “Respublika” meydanı ilə yanaşı, Rusiya səfirliyinin qarşısında da aksiya başlayıb. 

Globalinfo.az xəbər verir ki, səfirliyin bütün əməkdaşları və onların ailələri avtobuslara mindirilərək binaya gətirilib.

Onların təhlükəsizliyi üçün binaya giriş bağlanıb.

Bu, erməniləri daha da qəzəbləndirib, onlar rusları Qarabağdakı ermənilərin deyil, öz təhlükəsizliklərinə önəm verməkdə ittiham edirlər.

Ayşən Mustafa
Globalinfo.az