Rumıniya ilə yeni layihə planlaşdırırıq – Elşad Nəsirov

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyaya 1 milyard kub metr qaz tədarük etməyi planlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasında deyib.

E.Nəsirov bildirib ki, SOCAR-ın Rumıniyada ümumilikdə 74 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir, onlarda 177 əməkdaş fəal şəkildə çalışır:

“Azərbaycan Rumıniyaya 1,2 milyon ton neft, 33 milyon ton kimya məhsulları ixrac edib. Biz Rumıniyanın qaz təchizatını da nəzərdə tuturuq. Layihəni bu və gələn il etməyi planlaşdırırıq. Rumıniya qanunvericiliyinə əsasən, biz bunu Luksenqburqdan keçirməklə icra etməliyik. Orada olan ticarət evimizin lisenziya məsələsi müzakirə olunur”.

Ayşən Mustafa
Globalinfo.az