Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşəcəklər.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya danışıb.
“Hələ görüşün təfərrüatlarını açıqlaya bilmərəm. Aydındır ki, Lavrov və Rubio həm ikitərəfli, həm də çoxtərəfli məsələlərin tam spektrini müzakirə edəcəklər. Hələlik belə bir gündəm yoxdur, lakin görüşün keçirilməsi planlaşdırılır”, – diplomat qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az