Robert Köçəryan təcili Ermənistandan qaçır – Gizli iclas

Ermənistanın eks-prezidenti Robert Köçəryan dünən “Konqres” mehmanxanasında Ermənistan Blokundan olan deputatlarla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Qraparak” qəzeti yayıb. Qəzet görüşə fraksiya üzvlərinin yarıdan çoxunun dəvət edilmədiyini, iclasda iştirak edənlərin isə görüş haqqında məlumat vermədiyini bildirib.

Bununla belə “Qraparak” Robert Köçəryanın Ermənistanı tərk etməyə hazırlaşdığını yazıb. Xüsusilə onun oğlunun artıq ailəsi ilə birgə ABŞ-yə köçməyə hazırlaşdığı vurğulanıb. Qəzetin mənbəsi isə Robert Köçəryanın öz biznesini də təcili formada xaricə daşıdığını qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az