Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana təyyarə qəzası ilə bağlı başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, bu barədə XİN-in paylaşımında bildirilib.
“Hindistanın Ahmedabad şəhərində baş vermiş faciəvi təyyarə qəzası ilə bağlı dərin hüzn içindəyik. Hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına səmimi başsağlığı verir, yaralananlara tezliklə şəfa arzulayırıq. Bu ağır günlərdə Hindistan xalqına güc və dözüm diləyirik”,- paylaşımda deyilir.
Qeyd edək ki, Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.
Təyyarə qəzaya uğrayarkən göyərtəsində ümumilikdə 242 nəfərin olduğu bildirilir.