Türkiyədə elektrik enerijisi 15 faiz, təbii qaz isə 20 faiz ucuzlaşdırıldı

“Aprel ayından etibarən ölkə ərazisində elektrik enerjisinin qiyməti 15 faiz ucuzlaşdırılacaq”.

Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident təbii qazın qiymətlərinin isə 20 faiz ucuzlaşacağını bildirib.

Türkiyə Prezidenti hökumətin təqaüdçüləri də sevindicəyini bəyan edib.

“Təqaüdçülərimizə bayramlarda verilən mükafat pulunun miqdarını isə 2 min lirəyə qədər(177 manat) qaldıracağıq” – deyərək R.T.Ərdoğan hökumətin təqaüdçüləri də sevindicəyini bəyan edib.