WhatsApp Image 2024 05 22 at 00.52.12 1

“İranın yaxşı münasibəti olan Rusiya və Çindən helikopter almaq imkanı var idi, lakin bunu etmədi”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Xalidbəyli İran Prezidenti İbrahim Rəisinin helikopterinin istismar müddətini başa vurması və köhnə model olması haqda iddialarla bağlı deyib.

O qeyd edib ki, İranda bəzi məsələlərə ciddi yanaşılmadığı müşahidə olunur:

“Ölkə başçısını köhnə helikopterə mindirmək təhlükəlidir. İran hakimiyyət dairələri ilk növbədə bu məsələni aydınlaşdırmalıdır. Rəisini köhnə helikopterə kim mindirdi? Ümumilikdə üç helikopter arasında rabitə olmalı idi. Görünür, İbrahim Rəisinin olduğu helikopter qəzaya uğrayandan sonra digər ikisi yoluna davam edib”.

Politoloqun fikrincə, İranın helikopter parkını yeniləmək üçün əlində kifayət qədər imkan olsa da, bunu etməyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: