acd4832d d803 4963 a420 6da7e562f7db

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi bölgədə artan gərginlik fonunda sərt açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Fars” agnetliyinə danışıb.

Əzizi bildirib ki, İranın müəyyən etdiyi yeni dəniz rejiminə hörmət olunmalıdır:

“Eyni səhvi təkrarlamaq sizə fərqli cavab verməyəcək, yalnız daha inandırıcı cavab alacaqsınız. Hər kəs etdiyinə görə cavab verəcək. İslam Respublikası baş verən hər şeyin qisasını almaq gücünü özündə saxlayır”.

İran rəsmisi xüsusilə Hörmüz boğazı və ətraf sularda baş verən hadisələrə toxunaraq, bölgədə xarici hərbi fəaliyyətlərin diqqətlə izlənildiyini qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: