Brovarıda üç günlük matəm elan edildi

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğramasına görə üç günlük matəm elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Brovarı şəhərin meri İqor Sapojko bildirib.

Xatırladaq ki, daha əvvəl Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat vermişdi ki, Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzasının baş verdiyi ərazidə xilasetmə işləri başa çatıb və 14 meyit tapılıb.

Qəza nəticəsində 11 uşaq daxil olmaqla 25 nəfər yaralanıb.

Qeyd edək ki, həlak olanlar arasında Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də var.