Hərəkətə keçməliyik: regionda ciddi hadisələr olacaq – Malyan

“Bu hökumətə qarşı hərəkətə keçmək çatıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanda həbsdən çıxan erməni aktivist Narek Malyan deyib.

O iddia edib ki, regionu və Ermənistanı çox ciddi hadisələr gözləyir:

“Nəhayət, Qərb agentura şəbəkəsinin regiondan çıxarılması prosesi gedir. Tezliklə, AŞPA elan edəcək ki, Gürcüstandakı seçkilər demokratik standartlara cavab vermir. Liberallar qanlı küçə aksiyaları planlaşdırırlar və bu, regionun zibildən təmizlənməsi üçün son mübarizə olacaq. Növbəti ay Paşinyan hakimiyyətindən xilas olmaq üçün real imkan yaranacaq. Hər kəsə aydındır ki, bu hökumətin dəstək mənbəyi xarici qüvvələrdir. Yaxın 1,5 ayda hansısa xarici güc – Qərb ya da Rusiya bu hökumətin satqınlığına görə məsuliyyəti üzərinə götürəcək”, – o bildirib.

Əliyar Xəlil
Globalinfo.az