Razi Nurullayevdən kəskin dönüş – Partiyasının ideoloji yönünü dəyişdi – VİDEO

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev sosial şəbəkələrdə video paylaşıb. Həmin videoda Milli Cəbhə Partiyasının ideoloji yönünün dəyişdiyi bəyan olunur.

Razi Nurullayev çıxışında bildirir ki, Milli Cəbhə Partiyası artıq sosial-demokrat ideologiyası ilə fəaliyyət göstərəcək. O, bunun səbəblərini bir neçə arqumentlə izah edib.

Globalinfo.az Razi Nurullayevin həmin çıxışının videosunu təqdim edir: