ramil 0

Beynəlxalq Olimpiya Komitəsi (BOK) London-2012 Yay Olimpiya Oyunlarında qadınların 800 metr məsafəyə qaçış yarışının nəticələrini yenidən nəzərdən keçirərək medal bölgüsündə dəyişiklik edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qərara əsasən, azərbaycanlı dünya çempionu Ramil Quliyevin həyat yoldaşı, əvvəllər gümüş medalçı elan edilmiş Yekaterina Quliyevanın (keçmiş soyadı Poistoqova) nəticələri ləğv olunub və o, Olimpiya medalından məhrum edilib.

Xatırladaq ki, London Olimpiadasında ilk olaraq qızıl medalı rusiyalı Mariya Savinova qazanmış, Cənubi Afrika Respublikası təmsilçisi Kaster Semenya ikinci, Yekaterina Poistoqova isə üçüncü yeri tutmuşdu.

Lakin Savinova dopinq qaydalarını pozduğu üçün 2017-ci ildə qızıl medalından məhrum olunub. Bundan sonra qızıl medal Semenyaya verilib, Poistoqova isə gümüş medalçı elan edilib.

Həmin il Poistoqova da dopinq pozuntularına görə iki il müddətinə diskvalifikasiya edilsə də, İdman Arbitraj Məhkəməsinin qərarı ilə Olimpiya medalını qoruyub saxlamışdı.

fffg

Lakin 2024-cü ilin aprelində Rusiya Atletika Federasiyası Moskva Antidopinq Laboratoriyasının məlumatları əsasında idmançını yenidən cəzalandıraraq 2026-cı ilin martınadək diskvalifikasiya edib. Onun əvvəlki nəticələri, o cümlədən London Olimpiadasında qazandığı gümüş medal da ləğv olunub.

Quliyeva bu qərardan apellyasiya şikayəti versə də, müraciəti 2025-ci ilin mayında rədd edilib. Bundan sonra BOK yarışın yekun nəticələrini yenidən dəyişdirmək qərarına gəlib.

Yeni qərara əsasən, London-2012 Olimpiadasında qadınların 800 metr məsafəyə qaçışında gümüş medal Keniyalı Pamela Celimoya, bürünc medal isə amerikalı Alisiya Montanoya təqdim ediləcək.

Qeyd edək ki, Y.Poistoqova 2019-cu ildə azərbaycanlı dünya çempionu Ramil Quliyevlə ailə qurub, daha sonra Türkiyə vətəndaşlığını qəbul edərək Quliyeva soyadını götürüb. O, 2021-ci ildən etibarən beynəlxalq arenada Türkiyəni təmsil edir. R.Quliyev isə “Fənərbaxça”da atletika şöbəsinə rəhbərlik edir.

ramil1
yekaa
SnapInsta.to 651557571 18193142947361390 8270513168402573991 n

Paylaş: