mucteba 1 900x537 2

“Müctəba Xameneinin yayılan videosu köhnədir. Bu, Ali Lider olmazdan əvvəl çəkilib”.

Globalinfo.az xəbər verir ki, bunu iranlı mənbə TASS-a açıqlamasında deyib.

Mənbə onun səhhətinin yaxşı olduğunu və ictimaiyyət qarşısına çıxmamasının əsas səbəbinin təhlükəsizlik narahatlıqları olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl İranın “Mehr” xəbər agentliyi Müctəba Xameneinin bir qrup şəxslə söhbət etdiyi görüntüləri yayımlayıb.

Kadrların harada və nə vaxt çəkildiyi barədə məlumat verilməyib.

Paylaş: