Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yaponiya ilə bağlı ironiya edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
“Yaponiyanın Baş naziri Sanae Takaiçi Naqasaki faciəsinin ildönümündə bombanı kimin atdığını qeyd etməyib. Başqa sözlə, Yaponiya rəhbərliyinin hazırkı mövqeyinə görə, Xirosima və Naqasakiyə atom bombalarını UFO-lar atıb?” – deyə Zaxarova bildirib.
Diplomatın sözlərinə görə, Naqasaki meri Şiro Suzuki isə bombanı ABŞ-ın hərbi təyyarəsinin atdığını açıq şəkildə söyləməyə cəsarət edib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev də Yaponiyanı tənqid etmişdi. “Bu günlərdə Xirosima və Naqasakiyə atom bombalarının atılmasını xatırlayan Yaponiyanın baş naziri və digər rəsmi şəxslərinin bunu kimin etdiyini bir dəfə də olsun dilə gətirməməsi böyük biabırçılıqdır”, – deyə o demişdi.
Xatırladaq ki, 1945-ci il avqustun 6-da və 9-da ABŞ Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atıb. Bu hadisələr bəşər tarixində nüvə silahının döyüş şəraitində tətbiq edildiyi yeganə nümunələr hesab olunur.
Əliyar Xəlil
Globalinfo.az