“Bayer”nin futbolçusu rəsmən “Qarabağ”da

Rusiyalı qapıçı Andrey Lunyov “Qarabağ” klubuna keçib.

Globalinfo.az xəbər verir ki, barədə klubun Feysbuk hesabından paylaşım edilib.

Rusiyalı qapıçının ilk məşqçisi Dmitri Qulenkov yetirməsinin “Qarabağ” klubuna keçməsini mənfi qiymətləndirib.

“Mən şokdayam, söz yoxdur! Cəhənnəm olsun, Lunyov “Qarabağ”la müqavilə bağlayıb – Şahruddin Məhəmmədəliyev də ordadır. O, yaxşı qapıçıdır, mənim şagirdim olub və o öz yerini belə təslim etməz. Andrey ümumiyyətlə ora niyə getdi? Rəqabət? Onun orada heç bir şansı yoxdur”, – Qulenkov bildirib.

Qeyd edək ki, 32 yaşlı Andrey Lunyov son olaraq Almaniyada “Bayer” (Leverkuzen) klubunun formasını geyinib.