Vanqa 123

Bolqar kahin Baba Vanqanın 2026-cı il proqnozları yenidən gündəmdə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, Vanqanın bu il üçün beş proqnozundan ikisi artıq gerçəkləşib.

Daha üç və narahatedici hadisənin isə ilin sonuna qədər baş verəcəyi iddia edilir:

“Vanqanın tərəfdarları onun proqnozları ilə bir sıra təbii fəlakətləri, eləcə də süni intellektin sürətli inkişafını və insanların əmək bazarında tədricən maşınlarla əvəzlənməsini əlaqələndirirlər.

Lakin hələ baş vermədiyi iddia olunan digər üç proqnoz daha dramatik xarakter daşıyır. Bunların arasında nəhəng kosmik gəminin Yerə yaxınlaşması və bəşəriyyətin yadplanetli sivilizasiya ilə ilk təması, Üçüncü Dünya müharibəsinin başlaması və Rusiyada hakimiyyət dəyişikliyi yer alır”.

Nəşr qeyd edib ki, 2026-cı il üçün olduğu iddia edilən proqnozlardan biri genişmiqyaslı təbii fəlakətlərlə bağlıdır. Vanqanın tərəfdarları bunu mart ayında Myanmada baş verən 7,7 maqnitudalı zəlzələ, eləcə də dünyanın müxtəlif bölgələrində qeydə alınan güclü istilər, meşə yanğınları, daşqınlar və fırtınalarla əlaqələndirirlər:

“Ancaq sözügedən proqnozda fəlakətlərin konkret vaxtı, yeri və xarakteri göstərilməyib. Belə təbii hadisələr isə hər il dünyanın müxtəlif yerlərində baş verir. Bu səbəbdən onları konkret bir proqnozun “gerçəkləşməsi” kimi təqdim etmək elmi baxımdan əsaslandırılmış deyil.

İkinci iddia əmək bazarında insanların maşınlarla genişmiqyaslı əvəzlənməsi ilə bağlıdır. Tərəfdarları bunu süni intellektin sürətli inkişafı ilə əlaqələndirirlər. Lakin süni intellektin inkişafı 2026-cı ildən xeyli əvvəl başlayıb. Üstəlik, Vanqanın belə bir proqnozu konkret olaraq nə vaxt və hansı formada söylədiyini təsdiqləyən etibarlı ilkin mənbə yoxdur”.

Ən qeyri-adi iddialardan biri isə yadplanetli həyatla təmasla bağlıdır:

“Yayılan versiyaya görə, 2026-cı ilin noyabrında nəhəng bir kosmik gəmi Yer atmosferinə daxil olacaq və bu, bəşəriyyətin yadplanetli sivilizasiya ilə ilk təması olacaq. Bu iddiaya marağın artmasına ABŞ hakimiyyətinin naməlum anomaliyalarla bağlı bəzi materialları açıqlaması da təsir edib. Lakin naməlum uçan obyektlərin mövcudluğu onların yadplanetli mənşəli olduğunu sübut etmir. Belə hadisələr pilotsuz uçuş aparatları, hava şarları, təyyarələr, peyklər, atmosfer hadisələri və ya sensor xətaları ilə izah oluna bilər”.

Daha narahatedici iddia isə Üçüncü Dünya müharibəsinin başlaması ilə əlaqədardır:

“Bu şərhlərə əsasən, Çin Tayvanı ələ keçirməyə cəhd göstərəcək, daha sonra Rusiya ilə ABŞ arasında yaranan gərginlik birbaşa hərbi qarşıdurmaya çevriləcək. Nəhayət, digər proqnoza görə, Vladimir Putin hakimiyyətdən gedəcək və onun yerinə yeni lider gələcək.

Hazırda isə Rusiya Prezidentinin yaxın zamanda istefa verəcəyinə və ya hakimiyyətdən gedəcəyinə dair açıq ictimai əlamətlər yoxdur. Putinin səhhəti və siyasi gələcəyi ilə bağlı müxtəlif iddialar uzun illərdir yayılır, lakin bunlar indiyədək hakimiyyət dəyişikliyi ilə nəticələnməyib”.

Qeyd edək ki, Baba Vanqa 1996-cı ildə vəfat edib. İddialara görə, o, 2001-ci il 11 sentyabr terror aktlarını, Çernobıl AES qəzasını, şahzadə Diananın ölümünü, 2004-cü ildə Hind okeanında baş verən sunamini və COVID-19 pandemiyasını əvvəlcədən proqnozlaşdırıb. Lakin bu iddiaların heç biri etibarlı şəkildə təsdiqlənməyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: