am

İspaniyada ənənəvi atəşfəşanlıq festivalında bədbəxt hadisə baş verib.

Globalinfo.az xəbər verir ki, Altea şəhərində keçirilən ənənəvi “Castell de l’Olla” atəşfəşanlıq festivalı zamanı pirotexniki nasazlıq nəticəsində 27 nəfər xəsarət alıb.

Məlumata görə, atəşfəşanlıq mərmilərindən birinin trayektoriyası dəyişərək tamaşaçıların olduğu əraziyə düşüb.

Xəsarət alanlardan 14-ü xəstəxanaya çatdırılıb, 11 nəfər isə yanıq şöbəsinə yerləşdirilib.

Daha 13 nəfərə Altea şəhərindəki tibb məntəqəsində yardım göstərilib və onlar evə buraxılıb.

40 ildir keçirilən festivalda atəşfəşanlıq dənizdəki üzən platformalardan həyata keçirilir. Bu il tədbirə təxminən 100 min insanın qatıldığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl Çinin Yunnan əyalətində məşəl festivalı zamanı da yanğın baş verib və 16 nəfər yanıq xəsarəti alıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: