Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə yazıçı, şair Rəşad Məcid sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, Çingiz Əlioğlunun vəfatından kədərləndiyini bildirib və bunu Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün ağır itki adlandırıb.
“Allah rəhmət eləsin! Oğlanlarına, yaxınlarına, bütün poeziyasevərlərə dərin hüznlə başsağlığımı bildirirəm”, – deyə Rəşad Məcid yazıb.
Qeyd edək ki, Çingiz Əlioğlu Azərbaycan ədəbiyyatında tanınmış şair və tərcüməçi kimi fəaliyyət göstərib. Onun yaradıcılığı və ədəbi fəaliyyəti Azərbaycan ədəbiyyatının müxtəlif nəşrlərində geniş şəkildə əks olunub.
Əliyar Xəlil
Globalinfo.az