“Almaniya hər gün sözügedən hibrid müharibə çərçivəsində hücumlarla üzləşir”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt deyib.
“Biz müharibə vəziyyətində deyilik, lakin hər gün hibrid müharibənin hədəfinə çevrilirik. Casusluq, təxribat, kiberhücumlar və ya xarici dövlətlərin Almaniyanı sabitsizləşdirməyə və ya ona birbaşa zərər vurmağa yönəlmiş gizli əməliyyatları baş verir”, – deyə o qeyd edib.
Nazir bildirib ki, bu, ölkəsinin daim qarşılaşdığı reallıqdır.
Onun sözlərinə görə, xarici dövlətlər Almaniyanı siyasi və sosial baxımdan özlərinə tabe etdirmək, alman cəmiyyətində qorxu yaratmaq istəyirlər.
Əliyar Xəlil
Globalinfo.az