6a73652e0fc3c6a73652e0fc3d17859474386a73652e0fc3a6a73652e0fc3b 12

Bolqarıstan Xarici İşlər Nazirliyi Ukraynanın ölkədəki səfiri Olesya İlaşuku pilotsuz uçuş aparatının Bolqarıstan hava məkanına daxil olması ilə bağlı izahat vermək üçün çağırıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə avqustun 8-də səhər saatlarında baş verib.

Bolqarıstanın Müdafiə Nazirliyi Rumıniya tərəfdən ölkə hava məkanına daxil olaraq partlayan dronun Ukraynaya məxsus “Maya” aparatı olduğunu müəyyən edib.

Dron Kardam bölgəsində, keçmiş sərhəd-keçid məntəqəsindən 200 metr, Transbalkan qaz kəmərinin kompressor stansiyasından isə 1 kilometr məsafədə partlayıb.

Səfir ölkə xaricində olduğundan görüş avqustun 10-da keçiriləcək.

Paylaş: