Rahib Abbasov vəfat etdi

Rusiyadakı Azərbaycan diasporunun fəal üzvü Rahib Abbasov 83 yaşında dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.

Qeyd edək ki, Rahib Abbasov tibb xidməti polkovniki, professor, ali dərəcəli terapevt idi. O, SSRİ-nin, Rusiya Federasiyasının əməkdar həkimi, “Poema zdorovya” ailə klinikasının təsisçisi və rəhbəri olub.

Zaira Akifqızı
Globalinfo.az