Bakıda maşınlar qayıq kimi üzdü – VİDEO

Bakıda iki gündür davam edən aramsız yağışlar bir sıra fəsadlara səbəb olub.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə də görüntülər yayılıb. Bildirilir ki, Binəqədi rayonu Binəqədi qəsəbəsində bəzi küçələri su basıb. Yağış suları hətta evlərin həyətlərinə dolub.

Bundan əlavə, avtomobillərin hərəkətində də çətinlik yaranıb. Belə ki, avtomobillər sanki qayıq kimi yağış suyunda üzərək yol qət edirlər.

Həmçinin metronun “Elmlər Akademiyası” stasiyasının ətrafı, Hüseyn Cavid prospektində də yağış sularının yolu basması nəticəsində avtomobillərlə yanaşı piyadaların da hərəkətində maneə yaradıb.

Görüntüləri təqdim edirik: