Quranı yandıran şəxsin inanılmaz açıqlaması: “Daxilimdən gələn səs dedi ki…”

Rusiyanın Kabardin-Balkar Respublikasında yerli sakin Quranı yandırıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Çegem-2 kəndinin sakini məscidə gələrək, oradakı dini kitabları, o cümlədən Quranı yandırıb.

Çegem rayonunun administrasiya rəhbəri Yura Borisov baş vermiş hadisəni təsdiqləyib.

Hadisəni törədən şəxs saxlanılıb. Dinidirilmə zamanı həmin şəxs bildirib ki, bu hərəkəti daxilindən gələn səsin əmri ilə edib.