Zelenski Ukraynanın əsl məqsədini AÇIQLADI

“Bizim məqsədimiz NATO-ya üzv olmaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski Ukraynanı NATO-ya üzv olmağa layiq ölkə adlandırıb. Ukrayna lideri ordunun Avdiivkadan çıxmasına da münasibət bildirib:

“Donetsk vilayətinin Avdiiivka şəhərindən geri çəkilmə qərarı məntiqli və ədalətlidir. Çünki lazımi silahlar gələnə qədər ukraynalıların həyatını qorumalıyıq. Biz xalqımızı, əsgərlərimizi qoruyuruq, çünki bu, müdafiənin mənasıdır”.

Ukraynanın NATO-ya üzvlük prosesinə toxunan Zelenski əsas məqsədin bu olduğunu dilə gətirib:

“İnanıram ki, buna layiqik. Ukraynanı Alyansa yaxınlaşdırmaq üçün əlimizdən gələni edəcəyik. Amma Ukraynanın NATO-ya dəvət edilməsi müttəfiq qərardır və heç də bütün liderlər bunu dəstəkləmir. Ona görə də bu istiqamətdə səylər davam edəcək”.

Əliyar Xəlil
Globalinfo.az