Qriqoryan Tehranda Araqçı ilə görüşdü

486757446 1044294871079686 4766866787155470963 n

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehrana səfəri çərçivəsində İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “İSNA” məlumat yayıb.

Görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edilib.

Məlumata görə, Qriqoryanın bir sıra İran rəsmiləri ilə görüşü nəzərdə tutulub.

Əliyar Xəlil
Globalinfo.az