Qobustanda partlayışın baş verdiyi ərazidə dəhşətli mənzərə – YENİ FOTOLAR

Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində baş vermiş dəhşətli qəzadan sonra ərazidə dəhşətli mənzərə yaranıb.

Globalinfo.az xəbər verir ki, qəza və partlayış baş verən ərazidə dağıntılar müşahidə olunur.

99-ZD-593 dövlət nömrə nişanlı “Mercedes” markalı yanacaq daşıyan avtomobil bir neçə hissəyə parçalanıb. Oxu.az-ın məlumatına görə, partlayışın gücündən nəqliyyat vasitəsinin çəni kuzovundan ayrılıb.

42-CB-514 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını isə daşla yüklü olduğundan qəzadan qismən az zərərlə çıxıb. Zərbənin gücündən onun daşıdığı mişar daşları yola dağılıb.

Qəza zamanı 99-BH-926 dövlət nömrə nişanlı “Opel” markalı nəqliyyat vasitəsi tamamilə kül olub.