“Qlobal” MSA Mərkəzi layihəni başa vurdu

“Qlobal” Media və Siyasət Araşdırmaları Mərkəzi Azərbaycan 01.07.2023-31.08.2023 tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xəbəri yoxlamamış İnanma! – saxta xəbərlərin yayılması və onlara qarşı mübarizə tədbirlərinin təşkili” adlı layihə həyata keçirmişdir.

Globalinfo.az bildirir ki, layihə çərçivəsində hesabat hazırlanmış, bir təlim və bir ictimai müzakirə keçirilmiş və sosial çarx hazırlanmışdır. Layihə haqqında daimi olaraq mətbuat və sosial şəbəkələrdə məlumat getmişdir. Geniş ictimaiyyətin diqqətini çəkən layihə öz fəaliyyətini uğurla başa vurmuşdur.

Globalinfo.az