sahib

Marneuli bazarında güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aldığı güllə xəsarətlərindən ölən şəxsin 27 yaşlı Sahib Bayramov olması müəyyənləşdirilib.

Hadisəni törədən şəxsin görüntüləri də yayılıb. Onun əlində tapança ilə qızıl mağazasına doğru irəliləməsi görüntülərdə əks olunub.

Bildirilib ki, dünən Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu güllələnib. Silahlı insident qızıl mağazasında qeydə alınıb.

Ağır yaralanan 27 yaşlı azərbaycanlı gənc xəstəxanada ölüb. Atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

Ata və oğlunun özlərinə məxsus zərgərlik mağazasında güllələndikləri bildirilir.

Hadisəni törədərək oradan qaçan şəxsin kimliyi araşdırılır.

611261637 1394809659322238 6234399497788250110 n%20(1) eeetttt

Paylaş: